10 
Yan
2021
00:49
890
22
4577
Virtual karabakh

Vətən Müharibəsi iştirakçısı olan qardaşlar Biləsuvarda coşqu ilə qarşılandı - FOTO

10 Yan, 2021
00:49
4577

Vətən Müharibəsi iştirakçısı olan qardaşlar Biləsuvarda coşqu ilə qarşılandı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Vətən Müharibəsində iştirak etmiş iki qardaşın Biləsuvar rayonuna qayıdışı sakinlər arasında böyük fərəh və coşquya səbəb olub.

"Report"un Muğan bürosunun məlumatına görə, Xızır Şahhüseynov və Xəzər Şahhüseynov qardaşlarının qayıdışı rayonda əsl bayram əhval-ruhiyyəsi yaradıb.

Qeyd edək ki, qardaşlardan biri - Xəzər Şahhüseynov qazidir. O, ağır döyüşlərdən birində yaralanıb. Keçmiş döyüşçüləri bayraqlarla qarşılayan sakinlər onları alqışlayaraq Şahhüseynov qardaşlarına minnətdarlıqlarını bildiriblər. Xızır Şahhüseynov və Xəzər Şahhüseynov isə bildiriblər ki, hər zaman Vətənin keşiyində dayanmağa, gələcəkdə də lazım gəlsə, yenidən əllərinə silaha sarılmağa hazırdırlar.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri