13 
Yan
2021
19:41
278
31
4862
Virtual karabakh

Nazirlikdən Tofiq Bəhramovun heykəlinin ağardılmasına MÜNASİBƏT

13 Yan, 2021
19:41
4862

Nazirlikdən Tofiq Bəhramovun heykəlinin ağardılmasına MÜNASİBƏT

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Tofiq Bəhramovun heykəli ilə bağlı anlaşılmazlıq olub. Onun Respublika Stadionunun önündə quraşdırılmış heykəlində rəng dəyişikliyindən söhbət gedə bilməz”.

Bunu Oxu.Az-a Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova bildirib. Tofiq Bəhramovun Respublika Stadionundakı heykəlinin ağardılması mediada və sosial şəbəkədə işıqlandırıldıqdan sonra tənqidlərə səbəb olub.

Lakin nazirlik rəsmisi açıqlamasında heç bir səhvdən söhbət getmədiyini, ağ rəngin əvvəlki rəngin oturması üçün vurulduğunu bildirib:

“Nazirliyin balansında olan Reabilitasiya Mərkəzində (Azərbaycan Milli İdman Tibb və Reabilitasiya Elmi-Praktiki İnstitutunu nəzərdə tutur – S.M.) və Tofiq Bəhramov adına Respublika Stadionunda təmir işləri gedirdi. Artıq təmir işləri yekunlaşmaq üzrədir. Bu təmir çərçivəsində məhz restavrasiya məqsədilə heykəl də rənglənib. O ağ rəng əvvəlki rəngin daha yaxşı oturması üçün vurulan qoruyucu rəng idi. Onu başqa rənglə əvəz etmək fikrimiz olmayıb. Rəngi əvvəlki kimi bürünc rəngdə olacaq. Sabah və ya birisigün siz onu əvvəlki rəngdə görəcəksiniz”.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri