16 
Yan
2021
14:18
146
17
2212
Virtual karabakh

Üç rayonda qanunsuz silah saxlayanlara qarşı əməliyyat keçirildi

16 Yan, 2021
14:18
2212

Üç rayonda qanunsuz silah saxlayanlara qarşı əməliyyat keçirildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Daxili işlər orqanları tərəfindən üç rayonda qanunsuz silah saxlayan şəxslərə qarşı əməliyyat keçirilib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb. 

Məlumata görə, Zərdab Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Pərvanlı kənd sakini Ü.Mecidovdan müvafiq sənədləri olmayan “İJ-K” markalı yivsiz ov tüfəngi aşkar edilərək götürülüb.

Digər əməliyyat isə İsmayıllı RPŞ əməkdaşları tərəfindən keçirilib.

Əməliyyat tədbiri nəticəsində Sədiyan kənd sakini O.Baxışovdan müvafiq sənədləri olmayan “İJ-16” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Hacıqabul RPŞ əməkdaşları daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində isə Sabirabad rayon sakini C.İbadovun idarə etdiyi “Niva” markalı avtomobilə baxış zamanı oradan müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri