16 
Yan
2021
17:50
446
70
3973
Virtual karabakh

Ölkəmizdə geyim əşyalarına tələbat azalıb

16 Yan, 2021
17:50
3973

Ölkəmizdə geyim əşyalarına tələbat azalıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan geyim əşyaları və geyim üçün ləvazimatların alışını azaldıb.

Oxu.Az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, 2020-ci ildə geyim əşyaları və geyim üçün ləvazimatlarının həcmi ümumi idxalın 1,9 faizini təşkil edib və Azərbaycanın ən çox idxal etdiyi səkkizinci məhsul növü olub.

Ötən il ölkəmiz xaricdən 206,3 milyon dollar dəyərində geyim əşyaları və geyim üçün ləvazimatları idxal edib. Bu, 2019-cu illə müqayisədə 70,4 milyon dollar və ya 25,4 faiz azdır.

Qeyd edək ki, Azərbaycan 2019-cu ildə 276,7 milyon dollar dəyərində geyim əşyaları və geyim üçün ləvazimatlar idxal edib.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri