19 
Yan
2021
17:41
163
18
838
Virtual karabakh

Bərdə və Ağdam kənd tibb müəssisələrinin maddi-texniki bazası gücləndirilir

19 Yan, 2021
17:41
838

Bərdə və Ağdam kənd tibb müəssisələrinin maddi-texniki bazası gücləndirilir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) Bərdə və Ağdam rayonlarında məskunlaşmış məcburi köçkünlərə və yerli əhaliyə xidmət göstərən tibb müəssisələrinin maddi-texniki bazasını gücləndirmək məqsədi ilə həmin müəssisələrin texniki ehtiyaclarını araşdırıblar.

Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, araşdırma nəticəsində dövlət səhiyyə sisteminə daxil olan və ilkin səhiyyə xidməti üzrə fəaliyyət göstərən 28 tibb müəssisəsinin zəruri texniki ehtiyacları müəyyən edilib. GIZ tərəfindən ilkin səhiyyə xidməti üzrə fəaliyyət göstərən 28 kənd tibb müəssisəsinə 26 adda tibbi avadanlıq, ləvazimat və mebel dəstləri ianə edilib.  

Bununla əlaqədar, keçirilən təhvil-təslim mərasimində Agentliyin Beynəlxalq Əməkdaşlıq şöbəsinin müdiri Ruslan Abdullayev, İnzibati idarəetmə departamentinin məsul əməkdaşı Cavid Ağazadə, həmçinin “Cənubi Qafqazda aztəminatlı məcburi köçkünlərin və yerli əhalinin iqtisadi və sosial inkişafı” proqramının (EPIC) əməkdaşları Günel Mustafayeva və Jalə Ələkbərova iştirak ediblər.

Yardımın təyinatı üzrə Bərdə və Ağdam rayonlarına çatdırılması Agentlik tərəfindən həyata keçiriləcək.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri