21 
Yan
2021
15:00
225
15
2763
Virtual karabakh

Yeni yaradılacaq Qarabağ qəhrəmanları ilə bağlı fonda şəhid polkovnikin bacısı rəhbərlik edəcək

21 Yan, 2021
15:00
2763

Yeni yaradılacaq Qarabağ qəhrəmanları ilə bağlı fonda şəhid polkovnikin bacısı rəhbərlik edəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan kitabxana sistemində ilk dəfə AMEA Mərkəzi Elmi Kitabxanasında “Qarabağ Qəhrəmanları” fondu yaradılacaq.

Bu barədə Mərkəzi Elmi Kitabxana məlumat yayıb.

Bildirilib ki, fondda bu günə kimi Birinci və İkinci Qarabağ Müharibəsinə həsr olunmuş, münaqişə müddətində yazılan kitablar, məqalələr, müsahibələr, fotolar, televiziya verilişləri, sənədli və bədii filmlər toplanılacaq. Həmçinin gələcəkdə də bu mövzuya həsr olunacaq nəşrlər fonda daxil edilərək oxucuların istifadəsinə veriləcək. Eyni zamanda, müharibədə iştirak edən Azərbaycanın şəhid olmuş mərd oğullarının şəxsi kitabxanalarındakı kitablar da fondda sərgilənəcək.

Bununla yanaşı, fond Mərkəzi Elmi Kitabxananın həm yerli, həm də əcnəbi istifadəçilərinə Azərbaycan tarixində əvəzolunmaz izlər qoyan qəhrəmanlarımızın yaxından tanıdılmasına şərait yaradacaq.

Fondun yaradılmasında əsas məqsəd 30 ilə yaxın davam etmiş Qarabağ münaqişəsinə həsr edilən sənədləri sistemli şəkildə toplayaraq mühafizə etməkdir. 

Qeyd edək ki, yeni yaradılacaq fonda II Qarabağ döyüşlərində mərdliklə iştirak etmiş, 2020-ci il noyabr ayının 23-ü Suqovuşan istiqamətində minaya düşərək şəhid olmuş Azərbaycan Ordusunun polkovniki Babək Səmidlinin bacısı, MEK-in əməkdaşı Röksanə Səfərzadə rəhbərlik edəcək.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri