22 
Yan
2021
11:09
55
115
1362
Virtual karabakh

Postlardan keçməyə cəhd edən 2000-dən çox avtomobil geri qaytarıldı

22 Yan, 2021
11:09
1362

Postlardan keçməyə cəhd edən 2000-dən çox avtomobil geri qaytarıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə karantin rejiminin tətbiq edildiyi 5 şəhərdə və 12 rayonda quraşdırılmış xüsusi postlarda Daxili İşlər Nazirliyinin hərbi qulluqçuları və polis əməkdaşları tərəfindən nəzarət-profilaktiki yoxlamalar davam etdirilir.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, yanvarın 21-də nəzarət-profilaktik tədbirlər nəticəsində postlardan müvafiq qaydada icazə almadan keçməyə cəhd göstərən 2059 nəqliyyat vasitəsi müəyyən olunaraq geri qaytarılıb. Eləcə də ölkə üzrə karantin rejimi qaydalarını pozan bir nəfər barəsində inzibati həbs, 1 677 nəfər barəsində digər inzibati tənbeh tədbirləri tətbiq olunub.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri