23 
Yan
2021
12:30
364
19
2138
Virtual karabakh

Vətən müharibəsində iştirak edən “Rahat” supermarketlər şəbəkəsinin 50-dən çox əməkdaşı tərxis edildi

23 Yan, 2021
12:30
2138

Vətən müharibəsində iştirak edən “Rahat” supermarketlər şəbəkəsinin 50-dən çox əməkdaşı tərxis edildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Vətən müharibəsində iştirak edən “Rahat” supermarketlər şəbəkəsinin 50-dən çox əməkdaşı ordudan tərxis edilib.

Supermarketlər şəbəkəsindən aldığımız məlumata görə, Vətən müharibəsindən geri dönən supermarketin əməkdaşları böyük coşqu və sevgi ilə qarşılanıblar. 

“Rahat” supermarketlər şəbəkəsinin idarə heyəti ordudan tərxis edilən və hazırda hospitalda yaralı olan əməkdaşlarla görüşüb, onlarla qazandığımız qələbə barədə söhbət aparıb, igidliklərinə görə bir daha təşəkkür edib. 

Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə döyüşdə iştirak etdiklərinə görə təltif edilənlər arasında “Rahat” supermarketlər şəbəkəsinin də əməkdaşları var. Onlar müvafiq olaraq, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” “Cəbrayılın azad olunmasına görə” və.s medalları ilə təltif ediliblər. 

Onu da bildirək ki, şəbəkənin ümumilikdə, 76 əməkdaşı səfərbərlik əsasında Vətən müharibəsində iştirak edərək, tarixi Zəfərimizin qazanılmasına töhfələrini veriblər.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri