25 
Yan
2021
13:09
220
18
3482
Virtual karabakh

Evlərdən oğurluq edən dəstə üzvləri saxlanıldı - FOTO+VİDEO

25 Yan, 2021
13:09
3482

Evlərdən oğurluq edən dəstə üzvləri saxlanıldı - FOTO+VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Suraxanı rayonunda evlərdən oğurluq edən dəstə üzvləri saxlanılıblar.

Daxili işlər Nazirliyindən verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 31-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində ayrı-ayrı vaxtlarda rayon ərazisində evlərdən oğurluq edən şəxslər saxlanılıblar.

Əməliyyat zamanı paytaxt sakinləri Ramin Qocayev, Cəbrayıl Abdullayev və Ayşən İsmayılova tutulublar. Onların Suraxanı rayonunda 60-dan çox evdən əsasən məişət əşyaları, mobil telefonlar və digər avadanlıqlar oğurladıqları məlum olub.

Faktlarla bağlı toplanan materiallar Suraxanı RPİ-nin İstintaq Şöbəsinə göndərilib, zəruri istintaq və  əməliyyat-axtarış tədbirləri davam etdirilir. Dəstə üzvlərinin paytaxt ərazisində digər analoji cinayətlər etdikləri də istisna olunmur. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzinə məlumat verə bilərlər.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri