25 
Yan
2021
13:21
7
99
979
Virtual karabakh

Ötən il qəsdən öldürülənlərin sayı açıqlandı

25 Yan, 2021
13:21
979

Ötən il qəsdən öldürülənlərin sayı açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2020-ci ildə digər hüquq mühafizə orqanları ilə birgə fəaliyyətin nəticəsi olaraq əməliyyat-axtarış və istintaq fəaliyyətini həyata keçirən bütün dövlət orqanları üzrə qeydə alınan 26 004 cinayətin 84,3 faizinin açılması təmin olunub.

Bu barədə Baş Prokurorluğun Kollegiya iclasında bildirilib.

Qeyd edilib ki, bu cinayətlərin 94,5 faizini prokurorluq və daxili işlər orqanlarının səlahiyyətləri çərçivəsində istintaqı və təhqiqatı aparılan hüquqazidd əməllər təşkil etmişdir ki, onların da açılma faizi 85,5 faiz təşkil edib.

2019-cu illə müqayisədə daxili işlər və prokurorluq orqanları tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində qəsdən sağlamlığa az ağır zərər vurma, oğurluq, soyğunçuluq, quldurluq, dələduzluq, mənimsəmə və israf etmə, eləcə də yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, o cümlədən ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin, vəzifə cinayətlərinin sayı azalmış, ötən illərdən bağlı qalmış 310 cinayətin açılması təmin edilərək, 254 cinayətkar qrup zərərsizləşdirilib.

Hesabat dövründə prokurorluq orqanları tərəfindən 1 045 şəxs barəsində 795 cinayət işinin ibtidai istintaqı yekunlaşdırılaraq məhkəmələrə göndərilib. 

2019-cu illə müqayisədə 34 hadisə artmaqla 193 qəsdən adam öldürmə cinayətləri qeydə alınıb ki, onların 94 faizinin açılması təmin edilib.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri