26 
Yan
2021
12:12
7
110
2140
Virtual karabakh

Koronavirusa yoluxanların özünümüalicəsi nə ilə nəticələnə bilər? - Terapevt-kardioloqdan AÇIQLAMA

26 Yan, 2021
12:12
2140

Koronavirusa yoluxanların özünümüalicəsi nə ilə nəticələnə bilər? - Terapevt-kardioloqdan AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Terapevt-kardioloq Nabatxanım Xəlilova koronavirusa yoluxan şəxslərin ev şəraitində özünümüalicə ilə məşğul olmaları barədə danışıb.

Media.Az-la söhbətləşən həkim yoluxanların əksəriyyətinin özünümüalicə ilə məşğul olduqlarına təəssüfləndiyini deyib:

“Təəssüf ki, əksəriyyət xəstəliyin ilk günündən sosial şəbəkələrdən, xəstəliyi keçirən şəxslərdən, tanışlarından əldə etdikləri “müalicə sxemi”nə əsaslanan özünümüalicəyə başlayır. Onlar hər şeyi birdən qəbul edirlər: antibiotikləri, vitaminləri, hormonal preparatları, venadaxili sistemləri... Bu, böyük problemdir”.

N.Xəlilova, həmçinin bildirib ki, həkim nəzarəti olmadan artıq dozada dərman qəbulu xəstəliyin gedişatını ağırlaşdıra bilər:

“Əsasən məhz bu xəstələr stasionara düşürlər. Məsələ bundadır ki, hər xəstənin müalicə sxemi onun analizlərinin nəticələrindən, xroniki xəstəliklərindən asılı olaraq individual seçilir”.

Kardioloq həm çox erkən, həm də gec başlanan müalicənin zərər verə biləcəyini vurğulayıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri