26 
Yan
2021
13:45
104
9
1638
Virtual karabakh

Birdəfəlik sığorta ödənilən şəhid vərəsələrinin sayı açıqlandı

26 Yan, 2021
13:45
1638

Birdəfəlik sığorta ödənilən şəhid vərəsələrinin sayı açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“2020-ci ildə Vətən müharibəsi nəticəsində şəhid olmuş 2 015 nəfərin vərəsələrinə 11 min manat birdəfəlik sığorta ödənişi verilib”.

Oxu.Az-ın məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov “Yeni” TV-nin canlı yayımında bildirib. 

“Ağır xəsarət alan hərbçilərdən 2 858 nəfərin, yüngül xəsarət alan 3 726 nəfərin ya özlərinə, ya da ailə üzvlərinə ümumilikdə 32 milyon manat məbləğində sığorta ödənişinin verilməsi davam edir”, - deyə şöbə müdiri qeyd edib.

O bildirib ki, ümumilikdə şəhidlərin üçdə ikisinin ailəsinə ödəniş həyata keçirilib:

“Eyni zamanda 2 790 şəhidin 7 190 ailə üzvünə sosial ödənişlər təyin edilib. 11 hərbi qulluqçuya əlillik dərəcəsi müəyyən edilib”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri