28 
Yan
2021
13:48
494
10
2816
Virtual karabakh

Şəhid olmuş iki hərbçinin mənzilləri ailəsinə təqdim edilib

28 Yan, 2021
13:48
2816

Şəhid olmuş iki hərbçinin mənzilləri ailəsinə təqdim edilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

401 ailə Hövsan Yaşayış Kompleksində güzəştli mənzilə sahib olub.

Mənzil İnşaatı Dövlət Agentliyindən verilən məlumata əsasən, Hövsan Yaşayış Kompleksində 10-14 sentyabr 2020-ci il tarixlərində “Elektron hökumət” portalı üzərindən “Güzəştli mənzil” sistemi vasitəsilə seçilmiş ümumilikdə 501 mənzildən 399-nun alqı-satqısı başa çatdırılıb.

Mənzilə sahib olmuş vətəndaşlardan 36-sı mənzili öz vəsaiti hesabına, 363-ü isə güzəştli ipoteka krediti hesabına əldə edib.

2 mənzil isə 10 sentyabr 2020-ci il tarixində Hövsan Yaşayış Kompleksində mənzil seçmiş, lakin Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış 2 hərbçinin ailə üzvlərinə təqdim edilib.

Bildirilib ki, “Güzəştli mənzil” sistemində qeydiyyatdan keçən Hüseynov Orxan Bəhmən oğlu və Hüseynov Fərid Fətəli oğlu Hövsan Yaşayış Kompleksində mənzillərin satışında uğurla iştirak edərək 2 otaqlı mənzil seçib. 2020-ci il sentyabrın 27-də Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən mübarizəyə qoşulan hər iki hərbçi şəhidlik zirvəsinə ucaldığından mənzillərin rəsmiləşdirilməsi mümkün olmayıb.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri