28 
Yan
2021
16:06
182
28
1802
Virtual karabakh

Xızıda mağazadan oğurluq edən şəxs saxlanıldı - FOTO

28 Yan, 2021
16:06
1802

Xızıda mağazadan oğurluq edən şəxs saxlanıldı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xızı rayonunda mağazadan oğurluq edən şəxs saxlanıldı.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan verilən məlumata görə, Xızı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Altıağac qəsəbəsi ərazisində yerləşən mağazaların birindən 260 manat pul, danışıq kartları və tütün məmulatları oğurlamaqda şübhəli bilinən qəsəbə sakini İlqar Camalov saxlanılıb. 

Dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməlini etiraf edib. 

Faktla bağlı İ.Camalov barəsində Xızı RPŞ-də cinayət işi başlanılıb. Onun digər oğurluq hadisələrində iştirakının olub-olmaması araşdırılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri