29 
Yan
2021
15:29
12
153
3073
Virtual karabakh

Nazirlik Badamdarda baş vermiş hadisə ilə bağlı açıqlama yaydı- VİDEO

29 Yan, 2021
15:29
3073

Nazirlik Badamdarda baş vermiş hadisə ilə bağlı açıqlama yaydı- VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fövqəladə Hallar Nazirliyi Badamdarda baş verən sürüşmə hadisəsi ilə bağlı məlumat yayıb.

Bildirilib ki, ötən gün saat 21:05-də nazirliyə Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə adlanan ərazidə avtomobil yolunda torpaq sürüşməsinin baş verməsi barədə məlumat daxil olub:

“Dərhal əraziyə nazirliyin aidiyyəti qurumlarının nümayəndələri, eləcə də xilasedicilər cəlb edilib, ərazidə lazımi təhlükəsizlik tədbirləri görülüb, müvafiq dövlət orqanları məlumatlandırılıb.

Ərazidə mövcud vəziyyətlə yerində tanış olmaq məqsədilə bu gün səhər saatlarında nazir müavini Ragim Lətifov və nazirliyin aidiyyəti vəzifəli şəxsləri, o cümlədən mütəxəssisləri gəliblər.

Qeyd edək ki, sürüşmənin dünən eyni vaxtda Xəzər dənizində baş vermiş kifayət qədər güclü zəlzələ ilə əlaqədar olduğu ehtimal edilir. Sürüşmə zonasından müəyyən məsafədə yaponiyalı mütəxəssislərlə birgə işlənilmiş layihə əsasında nazirlik tərəfindən 3 ədəd 30 metr dərinliyində və 3,5 metr diametrində drenaj quyuları qazılıb, istinad divarları çəkilərək terraslama işləri aparılıb. Bunun nəticəsi olaraq işlər başa çatmış ərazidə heç bir sürüşmə hadisəsi baş verməyib. Dünənki sürüşmə layihənin davam etdiriləcəyi ərazidə baş verib. Xatırladaq ki, layihə hələ bitmədiyindən və ərazidə stabilləşmə prosesləri baş vermədiyindən lokal sürüşmə hadisələri hələ də gözlənilir. Vəziyyət tam nəzarət altındadır”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri