Fev
2021
14:07
23
700
3801
Virtual karabakh

“Azərsu” rəsmisi: “Qurum yenə də ziyanla işləyəcək”

1 Fev, 2021
14:07
3801

“Azərsu” rəsmisi: “Qurum yenə də ziyanla işləyəcək”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Tarif şurasının qərarı “Azərsu” ASC-nin mənfəət qazanmasına xidmət etməyəcək. Qurum 2021-ci ili də ziyanla başa vuracaq”.

Oxu.Az-ın müxbirinin verdiyi məlumata görə, bu sözləri “Azərsu” ASC-nin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.

O bildirib ki, bu, sırf qurumun dayanıqlı fəaliyyətinin təmin olunmasına hesablanıb:

“Bu, əhaliyə göstərilən xidmətin yaxşılaşdırılmasına, qurumun dövlət büdcəsindən ayrılan subsidiyalardan asılılığın azalmasına xidmət edəcək. Qurumun amortizasiyadan əvvəlki xərclərimizi tam ödəyəcək. Amma amortizasiya xərcləri nəzərə alınmaqla “Azərsu” ASC yenə də ziyanla işləyəcək.

Balansımızda kifayət qədər iri qurğular var və bunu nəzərə alsaq, qurum 2021-ci ili də ziyanla başa vuracaq”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri