Fev
2021
15:18
187
14
2344
Virtual karabakh

Xınalıqda nadir tapıntılar aşkarlandı

3 Fev, 2021
15:18
2344

Xınalıqda nadir tapıntılar aşkarlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xınalıqda antik dövrə aid maddi mədəniyyət nümunələri aşkar edilib.

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Xınalıq Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğunda apardığı arxeoloji tədqiqatlar nəticəsində məlum olub ki, burada bir hektara yaxın sahədə qədim yaşayış yeri və qədim qəbiristanlıq mövcud olub.

Xınalıq arxeoloji ekspedisiyasının rəhbəri, tarix üzrə fəlsəfə doktoru İdris Əliyev bildirib ki, adıçəkilən ərazinin cənub-şərq hissəsində 15-dən artıq kurqan aşkarlanıb.

Arxeoloq alim ilkin nəticələrə əsaslanaraq, nekropolda aparılan tədqiqatların antik dövrə aid olduğunu vurğulayıb. O, saxsı materiallar, dəmirdən hazırlanmış silah nümunələri, tunc bəzək əşyaları, müxtəlif minerallardan və şüşədən hazırlanmış muncuqlarla yanaşı, qəbiristanlıq ərazisində nadir tapıntılara da rast gəlindiyini bildirib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri