Fev
2021
10:30
58
20
7438
Virtual karabakh

“Artel” şirkəti 2020-ci il ərzində 80 milyon dollardan yuxarı məbləğdə məhsul ixrac edib - FOTO

8 Fev, 2021
10:30
7438

“Artel” şirkəti 2020-ci il ərzində 80 milyon dollardan yuxarı məbləğdə məhsul ixrac edib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Artel” şirkəti 2020-ci il ərzində 80 milyon ABŞ dollarından yuxarı məbləğdə məişət texnikası ixrac edib. 2019-cu illə müqayisədə ixrac göstəricilərində əhəmiyyətli artım müşahidə olunur. 

Koronavirus pandemiyası (COVID-19), demək olar ki, bütün fəaliyyət sahələrinə çox böyük ziyan vurub. 1987-ci ildən dünya iqtisadiyyatı tənəzzül dövrü keçirdi, dünya fondları isə ən ciddi böhranı yaşadı. Bundan əlavə, bütün dünyada ümumi satış həcmi təxminən 5 faiz azaldı. Qlobal karantin rejiminin fəsadlarının aradan qaldırılması üçün hələ çox vaxt tələb olunacaq.

Belə bir çətin dövrdə “Artel” şirkəti əvvəlki ixrac həcmini qoruyub saxlamaqla yanaşı, əhəmiyyətli dərəcədə artıma nail oldu. Belə ki, 2020-ci ildə ixrac həcmi 2019-cu illə müqayisədə 32 faiz artdı. “Artel” şirkətinin Qazaxıstan və Qırğızıstanda yarımavtomat paltaryuyan maşınlar bazarında payı 50%, Tacikistanda isə 70%-ə çatdı. Bundan əlavə “Artel”in Qazaxıstanda mətbəx plitələri bazarındakı payı 65%-ə çatdı. Beləliklə, 2020-ci il ərzində şirkətin məişət texnikasının ümumi satış məbləği 80 milyon ABŞ dollarınadək artdı. Ətraflı məlumat cədvəllərdə təqdim olunub.

Qeyd etmək lazımdır ki, qiymət və keyfiyyətin mükəmməl nisbəti sayəsində xarici istehlakçıların milli brendə qarşı marağı daha da artır. Rusiya, Azərbaycan və Əfqanıstan kimi ölkələrdə tələbat artmaqdadır. 2021-ci ildə “Artel” şirkəti bu ölkələrdə öz məhsullarının satışını fəal şəkildə artırmağı və bazar payını genişləndirməyi planlaşdırır. Bundan əlavə, şirkət Afrika ölkələrində əməkdaşlıq müqavilələrinin bağlanması və ixrac coğrafiyasının genişləndirilməsi üçün danışıqlar aparır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri