11 
Fev
2021
15:33
15
121
3233
Virtual karabakh

Səhiyyə Nazirliyinin rəsmisindən koronavirus peyvəndi ilə bağlı VACİB AÇIQLAMA

11 Fev, 2021
15:33
3233

Səhiyyə Nazirliyinin rəsmisindən koronavirus peyvəndi ilə bağlı VACİB AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Koronavirus (COVID-19) vaksininin peyvənd təqviminə salınması təkcə Azərbaycanda deyil, bütün dünyada müzakirə olunur”.

Oxu.Az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov bildirib.

Onun sözlərinə görə, bunun üçün koronavirus pandemiyasından xilas olmalıyıq:

“Bundan sonra peyvəndin özünün necə aparması izlənilməlidir. Düşünürəm ki, bu infeksiya daim bizimlə yaşayacaq. Ola bilsin ki, hansısa ölkədə infeksiya yenidən alovlana və sönə bilər. Əsas məsələ bu infeksiyanı keçirən insanlarda immunitetin nə qədər davamlı olmasıdır”.

“Peyvəndin nə qədər müddət təsirli olması da izlənilir. Əgər bu 6-9 ay çəkirsə, o zaman yenidən peyvənd vurula bilər. Hər bir ölkə bunu nəzərə alıb, COVID-19 peyvəndini təqvimə sala bilər. Bunun üçün zaman lazımdır”, - deyə o əlavə edib.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri