11 
Fev
2021
15:50
66
39
1409
Virtual karabakh

Vaksinlər koronavirusun yeni ştammlarına necə təsir edir? - Baş infeksionistdən AÇIQLAMA

11 Fev, 2021
15:50
1409

Vaksinlər koronavirusun yeni ştammlarına necə təsir edir? - Baş infeksionistdən AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Dünya üzrə koronavirusun mutasiyalarının sayı artır. Bununla nəzəri olaraq virusun xüsusiyyətləri dəyişir”. 

Oxu.Az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov bildirib. 

Onun sözlərinə görə, qeydə alınan yeni ştammlar indiki vəziyyətdə istehsal olunan vaksinlərə tabe olurlar: 

“Gələcəkdə xəstəliklə bağlı vəziyyətin necə olacağını demək çətindir. Əgər hər kəs peyvəndlənsə, xəstəlik sönəcək”. 

O əlavə edib ki, bugünkü peyvəndlər təsirli olmasa, yeni peyvəndlərin də hazırlanması labüd ola bilər:

“Vaksinlər tam qorumasa da, virusa yoluxan şəxs xəstəliyi yüngül keçirə bilər”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri