12 
Fev
2021
21:25
60
1248
10990
Virtual karabakh

Dörd aydan çox komada qalan Tacəddin İsmayılzadə şəhidlik zirvəsinə ucaldı

12 Fev, 2021
21:25
10990

Dörd aydan çox komada qalan Tacəddin İsmayılzadə şəhidlik zirvəsinə ucaldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Vətən Müharibəsində yaralanan və dörd aydan çox komada qalan İsmayılzadə Tacəddin Vüqar oğlu şəhidlik zirvəsinə ucalıb.

“Qafqazinfo” xəbər verir ki, şəhidimiz sabah saat 14:00-da Sumqayıtın Şəhidlər Xiyabanında torpağa tapşırılacaq.

Qeyd edək ki, 24 yaşlı Tacəddin İsmayılzadə həm də Aprel döyüşlərinin iştirakçısı olub. O, 2016-cı ildə döyüşlər başlayan zaman hərbi xidmətdə olub.

Vətən Müharibəsi başlayanda isə cəbhəyə könüllü yollanıb və kəşfiyyat bölüyündə xidmət edib. Ağdam, Xocavənd və Füzuli istiqamətində döyüşlərdə iştirak edib. Oktyabrın 9-da Füzulidə başından ağır yaralanıb və komaya düşüb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri