13 
Fev
2021
13:42
241
29
2282
Virtual karabakh

İmişlidə mağazanın damını sökərək pul oğurlayan ələ keçdi

13 Fev, 2021
13:42
2282

İmişlidə mağazanın damını sökərək pul oğurlayan ələ keçdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İmişli Rayon Polis Şöbəsinə rayon ərazisində yerləşən mağazaların birindəki seyfdən 12 800 manat məbləğində pulun oğurlanması barədə müraciət daxil olub.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Məlumata görə, daxil olmuş müraciətlə əlaqədar olaraq İmişli RPŞ-nin əməkdaşları tərəfindən müvafiq araşdırmalara başlanılıb. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə rayon sakini, əvvəllər məhkum edilmiş Hidayət Rüstəmov oğurluqda şübhəli bilinərək saxlanılıb.

H. Rüstəmov dindirilərkən obyektin tavanını sökərək gizli yolla mağazaya daxil olduğunu, oradakı dəmir seyfdən 12 800 manat məbləğində pulu oğurladığını etiraf edib. 

Faktla bağlı İmişli Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri