21 
Fev
2021
21:42
26
422
6073
Virtual karabakh

“Azərişıq”dan Bakıda gənci cərəyan vurması ilə bağlı AÇIQLAMA - YENİLƏNİB

21 Fev, 2021
21:42
6073

“Azərişıq”dan Bakıda gənci cərəyan vurması ilə bağlı AÇIQLAMA - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərişıq” ASC paytaxtın Xəzər rayonunda gənci elektrik cərəyanı vurması ilə bağlı hadisəyə münasibət bildirib.

Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildiriblər ki, sözügedən ünvandakı transformator “Azərişıq” ASC-nin balansına daxil deyil.

20:40

Bakı şəhərinin Xəzər rayonunda elektrik yarımstansiyasının ərazisindəkı transformatorda cərəyan vurması nəticəsində 2005-ci il təvəllüdlü Muradov İsmayıl Misirxan oğlu vəfat edib. 

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hadisə yerinə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. 

Təhlükəsiz əməliyyat şəraiti təmin olunduqdan sonra xilasedicilər İ.Muradovun meyitini elektrik naqillərindən ayırıb transformatordan aşağı düşürərək aidiyyəti üzrə təhvil veriblər.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri