22 
Fev
2021
15:14
15
65
1255
yuxarı
Müəllimlərin işə qəbulu müsabiqəsi üzrə müsahibələr başa çatdı
22 Fev, 2021
15:14
1255
15
65
Müəllimlərin işə qəbulu müsabiqəsi üzrə müsahibələr başa çatdı
Fevralın 5-dən etibarən başlayan müəllimlərin işə qəbulu müsabiqəsi üzrə növbəti onlayn müsahibələr başa çatıb.
Bu barədə Təhsil Nazirliyi məlumat yayıb.
Bildirilib ki, onlayn müsahibələrə müxtəlif fənlər üzrə ümumilikdə 2948 namizəd dəvət olunub. “Microsoft Teams” proqramı üzərindən keçirilən müsahibələrdə 2912 nəfər iştirak edib.
Müsahibənin nəticələri ilə bağlı məlumatlar namizədlərin şəxsi səhifələrinə göndəriləcək.
Qeyd edək ki, onlayn müsahibələrdə uğur qazanmayan namizədlər üçün apelyasiya prosesinin təşkili nəzərdə tutulub.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək