22 
Fev
2021
17:36
48
274
2014
Virtual karabakh

Ağsuda yas mərasimi təşkil edənlər cərimələnib

22 Fev, 2021
17:36
2014

Ağsuda yas mərasimi təşkil edənlər cərimələnib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ağsu Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən tədbir zamanı şəhər ərazisində yerləşən evlərin birində karantin rejimi qaydalarının pozularaq yas mərasimi təşkil edildiyi müəyyən olunub.

Daxili işlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən mərasim dayandırılıb və xüsusi karantin rejimi qaydalarını pozduqları üçün doqquz nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri