23 
Fev
2021
13:12
481
39
2837
Virtual karabakh

Deputat marşrut avtobuslarındakı sıxlıqdan şikayətləndi: Metro açılmalıdır

23 Fev, 2021
13:12
2837

Deputat marşrut avtobuslarındakı sıxlıqdan şikayətləndi: Metro açılmalıdır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Deputat Jalə Əhmədova ictimai nəqliyyatdakı sıxlıq, metropolitenin fəaliyyətinin bərpası məsələsi və son zamanlar baş verən intihar hadisələrinə münasibət bildirib.     

Oxu.Az-ın məlumatına əsasən, millət vəkili qeyd edib ki, yoluxmanın azalması ilə ölkəmizdə tətbiq edilmiş xüsusi karantin rejimi mərhələli şəkildə, getdikcə yumşaldılır.

Lakin bu yumşalma fonunda insanları yenə də ən çox narahat edən məsələ ictimai nəqliyyat, daha doğrusu metrosuzluq problemidir.

Deputatın fikrincə, xəttə beynəlxalq standartlara uyğun ən müasir avtobuslar buraxılıb və vətəndaşlarımız bunu yüksək dəyərləndirir. Amma bu avtobuslar sərnişin sıxlığının qarşısının alınmasında acizdir.

“Avtobuslar, həm də vaxt itkisi deməkdir. Məsələn vətəndaş işə gəlmək üçün “Neftçilər” deyilən ərazidən “Elmlər Akademiyası” tərəfə gəlmək üçün iki saat vaxt itirir. Eynilə də işdən evə qayıdan zaman. Hesab edirəm ki, metropoliten fəaliyyətini bərpa edərsə, bu problemlər aradan qalxacaq və insanlarımız mənzil başına çatmaq üçün nə saatlarla vaxt sərf edəcək, nə də sərnişin sıxlığı yaşayacaq”, - deyə J.Əhmədova əlavə edib.

O, son zamanlar baş verən intiharlar barədə də danışıb:

“Ən çox psixoloji, ailə-məişət problemləri fonunda baş verən intiharların bir səbəbini də onların mətbuatda işıqlandırılmasında, qabarıq şəkildə təqdim edilməsində görürəm. Hesab edirəm ki, bu, yolverilməzdir. Bu cür hallar intihara təşviqetmə kimi mənfi nəticələrə gətirib çıxara bilər və mediaya bu məsələyə daha həssas və məsuliyyətlə yanaşılmasını tövsiyə edərdim”. 

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri