26 
Fev
2021
00:50
21
149
1728
Virtual karabakh

Bakıda ikimərtəbəli binada baş vermiş yanğın söndürülüb - YENİLƏNİB

26 Fev, 2021
00:50
1728

Bakıda ikimərtəbəli binada baş vermiş yanğın söndürülüb - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının Səbail rayonunda yanğın baş verib.

APA xəbər verir ki, hadisə Kiçi Qala küçəsi 82 ünvanında qeydə alınıb.

Mənzil 3-də yerləşən kondisenerdə elektrik qısaqapanması səbəbəindən alov yaranıb. 

Nəticədə üç otaqlı mənzildə olan rəsm əsərləri yanıb. Hazırda əraziyə FHN-in yanğından mühafizə xidmətin əməkdaşları cəlb edilib. 

Alov söndürülüb və soyutma işləri aparılır.

Qeyd edək ki, mənzil incəsənət qalereyasına məxsusdur.

00:35

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonu, Kiçik Qala küçəsi ünvanında ikimərtəbəli binada yanğın olması barədə məlumat daxil olub. 

FHN xəbər verir ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri hadisə yerinə cəlb edilib.

Yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri