Mar
2021
12:13
175
11
1363
Virtual karabakh

Bu il şəhid ailələri və müharibə əlillərinə veriləcək mənzil və fərdi evlərin sayı açıqlandı

1 Mar, 2021
12:13
1363

Bu il şəhid ailələri və müharibə əlillərinə veriləcək mənzil və fərdi evlərin sayı açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Prezident İlham Əliyevin xüsusi qayğısı nəticəsində mənzil və fərdi evlə təmin olunan şəhid ailələri və müharibə əlillərinin sayı ildən-ilə əhəmiyyətli dərəcədə artır. 

Nazirlikdən verilən məlumata görə, 2018-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 626 mənzil və fərdi ev təqdim edilibsə, 2019-cu ildə bundan 50 faiz çox olmaqla 934 mənzil və fərdi ev verilib.  

Dövlət başçısının tapşırığına əsasən 2020-ci ildə əvvəlki illə müqayisədə 70 faizə yaxın çox olmaqla 1 572 mənzil və fərdi ev bu kateqoriyadan olan vətəndaşlara verildi. 2021-ci ildə isə 2018-ci ilə nisbətən bu proqram beş dəfəyə yaxın genişlənəcək. Bu il üç minədək mənzil və fərdi ev şəhid ailələri və müharibə əlillərinə təqdim ediləcək.

Ümumilikdə bu vaxta qədər 9 200-dək mənzil və fərdi ev həmin kateqoriyalardan olan vətəndaşlara verilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri