Mar
2021
17:48
158
26
2570
Virtual karabakh

Dövlət Sığorta Şirkəti həlak olmuş və yaralanmış hərbçilərə ödənilən vəsaitlərin həcmini AÇIQLADI

1 Mar, 2021
17:48
2570

Dövlət Sığorta Şirkəti həlak olmuş və yaralanmış hərbçilərə ödənilən vəsaitlərin həcmini AÇIQLADI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dövlət Sığorta Kommersiya Şirkəti (“Azərsığorta”) 44 günlük Vətən Müharibəsində həlak olmuş və yaralanmış hərbçilərə ödənilən vəsaitlərin həcmini açıqlayıb. 

Dövlət Sığorta Şirkətinin marketinq və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, ötən ilin sentyabr ayının 27-dən noyabr ayının 10-dək Qarabağda aparılan əks-hücum əməliyyatları (Vətən Müharibəsi) zamanı həlak olmuş və yaralanmış hərbçilərə görə 40 milyon manatdan artıq ödəniş edilib. 

Qeyd edək ki, sığorta ödənişləri Hərbi qulluqçularının dövlət icbari şəxsi sığortası haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri