Mar
2021
23:55
9
179
1477
Virtual karabakh

Göyçayda ata və oğul yol qəzasında xəsarət alıb - FOTO

2 Mar, 2021
23:55
1477

Göyçayda ata və oğul yol qəzasında xəsarət alıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Göyçay rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə axşam saatlarında Göyçay-Cəyirli-Alpout yolunun Ləkçıplaq kəndindən keçən hissəsində qeydə alınıb.

Rayonun Qaraxıdır kənd sakini Şahnəzər Səlimov “QAZ-3110” markalı minik avtomobili ilə hərəkətdə olarkən nəqliyyat vasitəsi idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq elektrik dirəyinə çırpılıb. Hadisə zamanı sürücü və oğlu Nəzər Səlimov müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, zərbənin təsirindən dəmir dirəyə bağlanmış 10 kilovoltluq elektrik naqilləri qırılıb. Nəticədə Ləkçıplaq, Bığır, Qaraman, Yalman, Qaraxıdır, Şəkər, Veysəlli, Alıkənd, Mırtı kəndlərinə elektrik enerjisinin verilişi dayanıb. Hazırda “Azərenerji” ASC-nin Göyçay rayon Elektrik Şəbəkəsinin əməkdaşları hadisə yerindədir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri