Mar
2021
10:24
17
39
971
Virtual karabakh

Respublika fənn olimpiadalarının yarımfinal turu keçiriləcək

3 Mar, 2021
10:24
971

Respublika fənn olimpiadalarının yarımfinal turu keçiriləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fənn olimpiadalarının respublika mərhələsinin yarımfinal turunun keçiriləcəyi tarixlər açıqlanıb.

Bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

Belə ki, martın 8-də informatika fənni, martın 10-da isə digər fənlər (Azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya, riyaziyyat, fizika, kimya, biologiya) üzrə respublika mərhələsinin yarımfinal turu keçiriləcək.

Bu mərhələyə qeydiyyat https://www.olimpiada.edu.az/ saytı vasitəsi ilə elektron formada həyata keçirilib.

Olimpiadaların yarımfinal turu mövcud pandemiya şəraitinə uyğun olaraq, ölkə üzrə 37 mərkəzdə təşkil ediləcək. Ümumilikdə, 6 205 şagird bu mərhələdə iştirak hüququ qazanıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri