Mar
2021
10:48
133
87
6652
Virtual karabakh

Bakıda uşaq bezi ilə quzu gəzdirənlər niyə saxlanılıb? - AÇIQLAMA + VİDEO

3 Mar, 2021
10:48
6652

Bakıda uşaq bezi ilə quzu gəzdirənlər niyə saxlanılıb? - AÇIQLAMA + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Daxili İşlər Nazirliyi Bakı şəhərinin mərkəzində quzu gəzdirilməsi ilə bağlı məsələyə aydınlıq gətirib.

DİN-in mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Oxu.Az-a açıqlamasında bildirib ki, paytaxtın mərkəzində quzu gəzdirən vətəndaşlar saxlanılıb:

“Vətəndaşlara heç bir cərimə yazılmayıb. Hazırda pandemiya dövrüdür. Bu dövrdə insanların sıx toplaşmasına səbəb olan hərəkətlər etdiklərinə görə həmin şəxslər ərazidən uzaqlaşdırılıb. Vəziyyət izah edilib və onlar sərbəst buraxılıblar”.

Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə Bakının mərkəzində iki nəfərin quzuya uşaq bezi taxaraq gəzdirməsi ilə bağlı görüntülər paylaşılıb. 

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri