Mar
2021
11:54
193
11
3773
Virtual karabakh

Nəqliyyat şirkəti 20 min manat cərimələndi

5 Mar, 2021
11:54
3773

Nəqliyyat şirkəti 20 min manat cərimələndi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Astara-nəqliyyat” ASC-də əmək qanunvericiliyinin tələblərinin pozulması ilə bağlı Baş Prokurorluğa daxil olmuş müraciət əsasında Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb. 

Baş Prokurorluğunun Mətbuat xidmətindən verilən məlumata görə, araşdırma zamanı ASC-ni təmsil etmək və onun adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs Məmmədov Nizami Fərzulla oğlunun bir neçə şəxsi əmək müqaviləsi olmadan işə cəlb etməsi faktları aşkar edilib.

Toplanmış material üzrə İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə inzibati xəta haqqında icraat başlanılaraq baxılması üçün aidiyyəti üzrə Astara rayon məhkəməsinə göndərilib.

Rayon məhkəməsinin qərarı ilə “Astara-nəqliyyat” ASC-yə 20 min manat məbləğində cərimə tətbiq edilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri