Mar
2021
17:18
314
22
1796
Virtual karabakh

Ağacların dibi asfaltdan təmizlənib - FOTO

5 Mar, 2021
17:18
1796

Ağacların dibi asfaltdan təmizlənib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nizami rayonu, Heydər Əliyev prospekti 106A ünvanında ağacların dibinin asfaltlanması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət qurumun əməkdaşları tərəfindən araşdırılıb. 

Xidmətin rəsmisi Vaqif Cavadov sözlərinə görə, araşdırma zamanı məlum olub ki, 6 saylı Regional Yol İstismar İdarəsi tərəfindən səkinin asfaltlanması zamanı oradakı ağaclar nəzərə alınmayıb və onların ətrafı tamamilə asfaltlanıb.

“Ağacların dibinin asfaltdan təmizlənməsi və onlara aqrotexniki xidmətin göstərilməsi məqsədilə 6 saylı Yol İstismar İdarəsinə məcburi göstəriş verilib”.

V.Cavadov qeyd edib ki, hazırda Yol İstismar İdarəsinin əməkdaşları tərəfindən ağacların dibi təmizlənir və onlara aqrotexniki xidmət göstərilir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri