Mar
2021
16:30
409
57
1661
Virtual karabakh

Elçin Quliyev Pakistanın Baş Qərargah rəisini qəbul etdi

5 Mar, 2021
16:30
1661

Elçin Quliyev Pakistanın Baş Qərargah rəisini qəbul etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Martın 5-də Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev ölkəmizdə rəsmi səfərdə olan Pakistan İslam Respublikasının Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Nadim Razanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə DSX-nin Mətbuat Mərkəzi məlumat yayıb.

Görüşdə Azərbaycan və Pakistan arasında dostluq və strateji tərəfdaşlıq münasibətləri məmnunluq hissi ilə qeyd olunub, hərbi-texniki, təhlükəsizlik sahələrində ikitərəfli əməkdaş­lığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Azərbaycan Prezidenti İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı altında Vətən mühari­bəsində qaza­nılmış parlaq Qələbə sayəsində 30 ilə yaxın müddətdə milli və sərhəd təhlükəsizliyinə əsas təhdid olmuş ölkə ərazisinin 20 faizinin və dövlət sərhədlərinin bir hissəsinin Ermənistan tərəfindən işğalına son qoyulduğu barədə məlumat verilib, Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda haqq işində Pakistanın göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyi vurğulanıb.

Görüşdə regionda cərəyan edən hadisələr, sərhəd təhlükəsizliyinə olan çağırışlar ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər qarşılıqlı əməkdaşlığın uğurla inkişaf etdirilməsi istiqamətində birgə fəaliyyətlərin davam etdirilməsinin vacibliyini vurğulanıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri