Mar
2021
13:46
314
21
2689
Virtual karabakh

İşğaldan azad edilmiş ərazilərə keçmək istəyənlər saxlanılıb + FOTO

8 Mar, 2021
13:46
2689

İşğaldan azad edilmiş ərazilərə keçmək istəyənlər saxlanılıb + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müvafiq icazə almadan və nəzarət postlarından kənar yollarla işğaldan azad edilmiş ərazilərə keçmək istəyən daha dörd nəfər saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, martın 7-də gecə saat 5.00 radələrində DİN-in polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən Füzuli rayonunun işğaldan azad olunmuş kəndlərinə nəzarət postlarından kənar yollarla daxil olmağa cəhd göstərən iki avtomobildə olan dörd nəfər saxlanılıb və aidiyyəti üzrə Füzuli Rayon Polis Şöbəsinə gətiriliblər.

Araşdırmalarla onların Beyləqan rayonunun 1-ci Şahsevən kənd sakinləri S.Teymurlu, H.Şirinov, C.Əşrəfli və F.Əbilov olmaları müəyyən edilib.

Aşkar edilən həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə qanunamüvafiq tədbirlər görülüb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri