11 
Mar
2021
12:43
108
392
6303
Virtual karabakh

“Semaşko”da həkimlərin maaşlarına əlavələr iki dəfə azaldılıb - İDDİA + YENİLƏNİB

11 Mar, 2021
12:43
6303

“Semaşko”da həkimlərin maaşlarına əlavələr iki dəfə azaldılıb - İDDİA + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

1 saylı Kliniki Tibbi Mərkəzin (Semaşko) həkimləri koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak etdikləri üçün onlara verilən əlavələrin 50 faizinin ödənməsi planlaşdırılıb.

Bu barədə Oxu.Az-a xəstəxanada çalışan həkimlər məlumat veriblər.

Bildirilib ki, bu gün onlara yanvar ayından ödənilməyən əlavələrin verilməsi ilə bağlı yeni məlumat açıqlanıb:

“Bizə bildirildi ki, koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən həkimlərə ödəmələrin 50 faizi, tibb bacıları üçün isə ödəmələrin 30 faizi köçürüləcək. Buna səbəb xəstələrin sayının az olmasıdır. Bu düzgün deyil. Xəstə az olsa da, biz koronovirus xəstələrinə baxmışıq. İndi isə əlavələr yarıbayarı azaldılıb”.

09.06

1 saylı Kliniki Tibbi Mərkəzin (Semaşko) həkimləri koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak etdikləri üçün onlara verilən əlavələrin yanvar ayından ödənilmədiyini bildiriblər.

Bu barədə Oxu.Az-a xəstəxanada çalışan həkimlər məlumat veriblər.

Onların sözlərinə görə, bu ilin yanvar ayından həkimlərə əlavə ödənişlər verilmir. Həkimlər iddia ediblər ki, onlara fevral ayının əməkhaqları verilməyib.

Məsələ barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə əlaqə saxladıq.

Agentlikdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu gün ərzində ödənilmə olacaq:

“Nazirlər Kabinetinin müvafiq Qərarına uyğun olaraq, yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb və qeyri-tibb işçilərinə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən yanvar ayı üzrə iş vaxtına mütənasib olaraq aylıq vəzifə (tarif) maaşının 3-5 misli məbləğində müddətli əlavələrin ödənişi davam edir. Ödənişlərin 11 mart tarixində başa çatması nəzərdə tutulur”.

“Dövlət tibb müəssisələri tərəfindən siyahılar göndərildikdən sonra agentlik fevral ayı üzrə də ödənişlərə başlayacaq”, - deyə qurumdan qeyd edilib.  

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri