11 
Mar
2021
10:00
6
358
3099
Virtual karabakh

Şəhid anasının erməni ordusu tərəfindən dağıdılan evi niyə təmir olunmur? - VİDEO

11 Mar, 2021
10:00
3099

Şəhid anasının erməni ordusu tərəfindən dağıdılan evi niyə təmir olunmur? - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Vətən müharibəsi zamanı Ağdamın Üçoğlan kəndində yaşayan şəhid anası Allahverdiyeva Paket Ocaqqulu qızına məxsus fərdi yaşayış evi Ermənistan ordusunun atdığı artilleriya atəşi nəticəsində dağılıb. 

Baku TV xəbər verir ki, hadisə zamanı evin damı və əşyaları yararsız vəziyyətə düşüb. 
Daha sonra dağıntı ilə bağlı xüsusi komissiya yaradılıb və evə baxış keçirilib. İlkin olaraq ailəyə 1000 manat ödənilsə də, dəymiş ziyan dəqiq qiymətləndirilməyib. 

Allahverdiyevlər ailəsi iddia edir ki, mərminin evlərin dağıtması nəticəsində onlara 25 000 manata yaxın ziyan dəyib. 

Məsələ ilə bağlı Rayon İcra Hakimiyyətindən bildirilib ki, ailəyə kömək məqsədi ilə dövlət tərəfindən min manat yardım edilib. Evin təmiri ilə bağlı ziyanın miqdarı isə artıq komissiya tərəfindən hesablanıb. Yaxın günlərdə ailənin evinin təmirinə başlanacaq. Bunun üçün bir neçə tikinti şirkəti ilə müqavilə bağlanıb. 

Ətraflı süjeti təqdim edirik:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri