16 
Mar
2021
13:12
4
343
2377
Virtual karabakh

Autizm xəstəsinin sosial müavinəti niyə kəsilib? - VİDEO

16 Mar, 2021
13:12
2377

Autizm xəstəsinin sosial müavinəti niyə kəsilib? - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Göyçay sakini autizm xəstəsi olan 14 yaşlı Fəzilli Fəzilin sosial müavinəti kəsilib. 

Baku TV xəbər verir ki, valideynləri onun bu xəstəliyini üç yaşında olarkən hiss ediblər. Onlar xəstəliyin qısa zamanda müalicəsiz keçəcəyini düşünərək səkkiz yaşına qədər uşağı qarşı müayinə və müalicə aparmayıblar. Vəziyyətinin getdikcə ağırlaşdığını görən ailə üzvləri onu 2015-ci ildə müalicəyə cəlb edərək sosial müavinət almağa başlayıb. 

Yeniyetmənin anası Xeyransa Fəzilliyevanın sözlərinə görə, 2020-ci ilin avqust ayında övladına təyin olunan sosial müavinət kəsilib. Bununla bağlı Göyçay Rayon Mərkəzi Xəstəxanasına lazımi sənədləri təqdim etsə də, onlara hansı səbəbdən imtina verildiyi məlum olmayıb. 

Ətraflı süjeti təqdim edirik:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri