18 
Mar
2021
13:45
31
343
11590
Virtual karabakh

Rayon yollarında karantin postları qurulur? - AÇIQLAMA

18 Mar, 2021
13:45
11590

Rayon yollarında karantin postları qurulur? - AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hazırda insanlar sərbəst şəkildə rayonlara gedə bilirlər. 

Bu barədə Oxu.Az-a açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov məlumat verib.

O bildirib ki, pandemiya ilə bağlı polis postlarının qurulması Nazirlər Kabineti yanında operativ qərargahın qərarından asılıdır:

“Hazırda Nazirlər Kabineti tərəfindən belə bir qərar verilməyib. Polisə karantin postlarının qurulması ilə bağlı da heç bir göstəriş verilməyib. Bu gün insanlar sərbəst şəkildə rayonlara gedirlər”.

Qeyd edək ki, bu gün Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Genetik Diaqnoz Mərkəzində SARS-CoV-2 genom analizi edilən üç nəfərdə COVID-19-un sürətlə yayılan Britaniya növünün aşkarlandığı barədə rəsmi məlumat yayılıb. 

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri