23 
Mar
2021
16:12
404
11
1938
Virtual karabakh

Qarabağ müharibəsində şəhid olan hərbçilərin ailələrinə növbəti dəstək - VİDEO

23 Mar, 2021
16:12
1938

Qarabağ müharibəsində şəhid olan hərbçilərin ailələrinə növbəti dəstək - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Böyük Britaniyada yaşayan azərbaycanlılar şəhid övladlarının və Qarabağ müharibəsi iştirakçılarının təhsil alması üçün yeni layihəyə başlayıblar.

Layihənin müəllifi Səbinə Quliyevanın Oxu.az-a verdiyi məlumata görə, şəhid ailələrinə və müharibə qazilərinə dəstək məqsədi ilə təşkil edilən layihə çərçivəsində 80 şagird ingilis, rus dillərinin, riyaziyyat və digər fənlərin tədrisinə cəlb edilib.

“İkinci Qarabağ müharibəsi başlayandan bəri Böyük Britaniyada yaşayan bir qrup azərbaycanlı şəhid ailələrinə və yaralılara kömək edir, onlarla daim əlaqə saxlayır. Uşaqların İngilis dilinə yiyələnmək istədiklərini öyrəndik. Məhz bu səbəbdən “Natavan Online Schooling UK” layihəsi təşkil edildi”, - deyə S.Quliyeva bildirib.

Hazırda İngiltərə, ABŞ, Rusiya, Türkiyə, Sinqapur, BƏƏ, Niderland, Fransa və Almaniyada yaşayan 25 nəfər azərbaycanlı “Natavan Online Schooling UK” layihəsinə qoşularaq 80-ə yaxın tələbəyə dərs verir.

“Ayrıca, onlayn-məktəbdə yaralanan əsgərlərin və şəhidlərin həyat yoldaşlarının iş tapmalarını asanlaşdırmaq məqsədi ilə ingilis dilinin onlayn tədrisi təşkil edilib”, - deyə S.Quliyeva əlavə edib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri