23 
Mar
2021
18:26
199
820
32486
Virtual karabakh

Bakıda alt paltarında gəzən qız saxlanıldı – YENİLƏNİB

23 Mar, 2021
18:26
32486

Bakıda alt paltarında gəzən qız saxlanıldı – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda alt paltarında gəzən qız saxlanılıb.

Bu barədə Oxu.Az-a DİN mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Səbail RPİ-nin əməkdaşları tərəfindən aparılan araşdırma zamanı şəxsin 2000-ci il təvəllüdü Sumqayıt sakini olduğu müəyyən olunub.

Onunla profilaktik söhbət aparıldıqdan sonra sərbəst buraxılıb.

Şəxs əməlindən peşman olduğunu bildirib.

16:51

Bakıda qadın ictimai yerdə alt paltarda gəzib.

Bu barədə videogörüntülər sosial şəbəkədə paylaşılıb. Görüntülərdə qadın alt paltarında paytaxtın Fəvvarələr Meydanında gəzir.

Hadisə ətrafdakı şəxslər tərəfindən birmənalı qarşılanmayıb.

Faktla bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq, DİN-in mətbuat xidmətinin kütləvi informasiya vasitələri və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, yayılan videogörüntülər hüquq-mühafizə orqanlarını hərəkətə keçirib:

“Səbail Rayon Polis İdarəsində faktla bağlı araşdırma aparılır”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri