30 
Mar
2021
14:42
128
232
10929
Virtual karabakh

Cəlilabadda kişi ailəsinin gözü qabağında güllələndi - YENİLƏNİB+ANBAAN VİDEO

30 Mar, 2021
14:42
10929

Cəlilabadda kişi ailəsinin gözü qabağında güllələndi - YENİLƏNİB+ANBAAN VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Cəlilabadda kəndlisini güllələyən kişinin görüntüləri yayılıb.

Baku TV xəbər verir ki, martın 29-da saat 13 radələrində Cəlilabad rayonu, Hacıcavad kənd sakini, 1952-ci il təvəllüdlü Əmirov Sabir Xankişi oğlu həmkəndlisi, 1968-ci il təvəllüdlü Məmmədov Rahib Adış oğlu tərəfindən odlu silahla güllələnib.

Aparılmış araşdırmalarla məlum olub ki, R.Məmmədov S.Əmirovu qəsdən öldürməyə cəhd edib.

R.Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

10:54

Martın 29-da saat 13 radələrində Cəlilabad rayonu, Hacıcavad kənd sakini, 1952-ci il təvəllüdlü Əmirov Sabir Xankişi oğluna odlu silahdan açılan atəşlə bədən xəsarətinin yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Cəlilabad Rayon Prokurorluğu məlumat yayıb. 

Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. 

Aparılmış araşdırmalarla zərərçəkmişin həmkəndlisi, 1968-ci il təvəllüdlü Məmmədov Rahib Adış oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı ov tüfəngindən atəş açaraq Sabir Əmirovu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Rahib Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri