31 
Mar
2021
11:12
144
24
1815
Virtual karabakh

Bibisinin evindən oğurluq edən şəxs saxlanılıb - FOTO/VİDEO

31 Mar, 2021
11:12
1815

Bibisinin evindən oğurluq edən şəxs saxlanılıb - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində iki fərdi yaşayış evindən oğurluq edən şəxslər saxlanılıb. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, rayon sakini Sarı Əmirov sinif yoldaşı Vüsal Böyükkişiyevlə qabaqcadan əlbir olaraq, bibisinə məxsus fərdi yaşayış evinə qeyri-qanuni yolla daxil olub və oradan 3 000 manat dəyərində müxtəlif növ məişət əşyalarını və 7 000 manat dəyərində müxtəlif qızıl-zinət əşyalarını gizli yolla talayaraq oğurlayıb.

Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində həmin şəxslərin rayon ərazisində digər analoji cinayət hadisəsi törətmələri də aşkar edilib. Belə ki, həmin şəxslər rayonun Dağ Kəsəmən kəndində digər bir evə qanunsuz yolla daxil olaraq oradan da müxtəlif məişət əşyalarını oğurlayıblar.

Şübhəli şəxslər saxlanılaraq istintaqa təhvil verilib. Dindirilmə zamanı onlar törətdikləri oğurluq hadisələrini etiraf edərək oğurladıqları əşyaları müxtəlif yerlərdə satdıqlarını bildiriblər.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri