31 
Mar
2021
11:54
116
22
1614
Virtual karabakh

Tovuzda narkotik satmaqda şübhəli bilinən şəxs saxlanıldı - FOTO

31 Mar, 2021
11:54
1614

Tovuzda narkotik satmaqda şübhəli bilinən şəxs saxlanıldı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tovuz rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə satmaqda şübhəli bilinən, rayonun İsakənd kənd sakini Vüsal Məmmədov saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupu məlumat yayıb.

Bildirilib ki, şübhəli şəxsə məxsus fərdi yaşayış evinə baxış keçirilən zaman oradan, 368 kibrit qutusunda qablaşdırılmış, ümumi çəkisi 1,5 kiloqram narkotik vasitə olan “marixuana” aşkar edilərək götürülüb.

Dindirilmə zamanı narkotik vasitəni satmaq üçün özü əkdiyini bildirən Vüsal Məmmədov maddi sübutlarla birlikdə istintaqa təhvil verilib, faktla bağlı araşdırmalar davam etdirilir. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri