31 
Mar
2021
17:12
19
166
2027
Virtual karabakh

Koronavirus Sumqayıtda məktəblərin fəaliyyətinə necə təsir edib? - RƏSMİ

Tədris ili başlayandan Sumqayıtda 404 şagird və 276 müəllimdə koronavirusa yoluxma faktı  (COVID-19) qeydə alınıb.  

Bu barədə Oxu.Az-a Sumqayıt Şəhər Təhsil Şöbəsindən məlumat verilib.

Bildirilib ki, bununla bağlı müxtəlif zamanlarda yeddi məktəb distant təhsilə keçib:

“Tədris ilində ümumilikdə 70, hazırda isə 20 sinifdə dərslər distant formada davam etdirilir”.

Qeyd edək ki, bu günə qədər Sumqayıt şəhərində fəaliyyət göstərən tam orta məktəblərdə çalışan müəllimlərdən doqquz nəfəri koronovirusdan vəfat edib.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri