Apr
2021
14:30
470
91
3215
Virtual karabakh

Səfir: “Çin Azərbaycana təmənnasız vaksin verəcək”

1 Apr, 2021
14:30
3215

Səfir: “Çin Azərbaycana təmənnasız vaksin verəcək”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Sabah Çinlə Azərbaycan əlaqələrinin yaranmasının 29 illiyini qeyd edəcəyik. Bu gün isə Çindən Azərbaycana vaksinin ilk partiyası gətirilir. Bu, Çin xalqının Azərbaycana ənənəvi dostluğunu və dərin rəğbətini əks etdirir”.

Bunu jurnalistlərə açıqlamasında Çinin Azərbaycandakı səfiri Qo Min bildirib.

Onun sözlərinə görə, bütün dünyada pandemiya yayılandan sonra Çin və Azərbaycan bir yerdə bütün çətinliklərdən keçdilər:

“Bir-birlərinə maddi-mənəvi dəstək göstərdilər, təcrübələrini bölüşdülər. Bildiyiniz kimi hazırda pandemiya yayılmaqda davam edir və Azərbaycan hökumətinə yardım göstərmək, çətinliklərin öhdəsindən gəlmək və pandemiyaya qətiyyətlə qalib gəlmək məqsədiylə Çin hökuməti yaxın günlərdə Azərbaycana əvəzsiz şəkildə 150 min doza vaksin vermək qərarına gəlib.

Bu gün tədarük edilən vaksin alınan vaksinlərin ilk partiyasıdır. Bir neçə gündən sonra ikinci və üçüncü partiya da gətiriləcək. İnanırıq ki, Çin vaksini sayəsində Azərbaycan pandemiyaya qalib gələcək”.

“Çindən əvəzsiz tədarük edilən vaksin 150 min dozadır və onların gətirilməsi aprelin sonlarına gözlənilir. Hazırda bir çox dövlətlər Çin vaksini sifariş edib. Çin də Azərbaycana vaksinləri vaxtında tədarük etmək üçün “yaşıl dəhliz” açıb, buna növbəsiz də deyə bilərik”, - deyə səfir qeyd edib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri