Apr
2021
16:40
66
251
7620
Virtual karabakh

Emin Əmrullayevdən ölkə üzrə təhsil forması ilə bağlı XƏBƏRDARLIQ

1 Apr, 2021
16:40
7620

Emin Əmrullayevdən ölkə üzrə təhsil forması ilə bağlı XƏBƏRDARLIQ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Yoluxma hallarının daha az baş verdiyi yerlərdə tədris əyani formada həyata keçiriləcək”.

Bu barədə Təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsində bildirib.

Onun sözlərinə görə, yoluxma halları artdığı təqdirdə tədrisin əyani formada keçirildiyi ərazilərdə də dərslərin distant formaya keçirilməsi nəzərdə tutulur:

“Qeyd edək ki, mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq, növbəti həftədən etibarən tədrisin təşkili ilə bağlı yeni normaların tətbiqi planlaşdırılır. Aprelin 5-dən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili nəzərdə tutulur”. 

Digər şəhər və rayonlarda isə tədris sanitar-gigiyenik tələblərə əməl edilməklə qismən əyani formada davam etdiriləcək.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri