Apr
2021
09:18
552
4
2041
Virtual karabakh

Türkiyədə texniki peşə məktəbində Mübariz İbrahimovun xatirəsi əbədiləşdirildi - FOTO

5 Apr, 2021
09:18
2041

Türkiyədə texniki peşə məktəbində Mübariz İbrahimovun xatirəsi əbədiləşdirildi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin Dənizli vilayətində Texniki peşə məktəbinin texniki iş otağına Milli Qəhrəman Mübariz İbrahimovun adı verilib.

“Report”un məlumatına görə, aprelin 12-də Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adını daşıyacaq yeni yaradılmış, texniki kodlama emalatxanası və texniki iş otağı açılacaq.

Otaqda Mübariz İbrahimovun qəhrəmanlığı və Azərbaycan-Türkiyə qardaşlığından bəhs edən tablolar, divar rəsmləri yerləşdirilib. Açılış tədbirində Azərbaycan Respublikasının Türkiyədəki diplomatik korpusunun nümayəndəlikləri, o cümlədən səfirliyin təhsil müşaviri Nəcibə Nəsibova da iştirak edəcək.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri