Apr
2021
12:10
144
14
935
Virtual karabakh

Hikmət Hacıyev partlamamış hərbi sursatların təhlükəsindən DANIŞDI

5 Apr, 2021
12:10
935

Hikmət Hacıyev partlamamış hərbi sursatların təhlükəsindən DANIŞDI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Goranboy, Tərtər, Ağcabədi əraziləri tam olaraq döyüş əraziləri deyildi. Biz o ərazilərdə müxtəlif təhlükə dərəcələrini müəyyənləşdirə bilərik. Keçmiş təmas xəttinə yaxın bəzi ərazilərdə piyadalar və tank əleyhinə minalar var”.

Oxu.Az-ın məlumatına görə, bunu Prezidentin köməkçisi - Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım günü ilə əlaqədar keçirilən brifinqdə deyib.

“Minalardan əlavə partlamamış hərbi sursatlar problemimiz də var. Biz bunu Tərtər, Ağcabədi və başqa ərazilərdə müşahidə də edirik. Çünki ərazilərimiz erməni silahlı qüvvələri tərəfindən artilleriya atəşinə məruz qalırdı.

Həmin ərazidə torpaq yumşaqdırsa, hərbi sursat torpaqda qalır və gələcəkdə partlama ehtimalı var. Təəssüf ki, gələcək illərdə biz bununla rastlaşa bilərik”, - deyə H.Hacıyev bildirib.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri